İsrailin xarici işlər naziri Gideon Saar Ukraynada rəsmi səfərdədir.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixael Brodski bildirib.
Onun sözlərinə görə, nazirin proqramına Ukrayna rəhbərliyi və yəhudi icması ilə görüşlər daxildir.