Azərbaycan idmançısı Türkiyədə qızıl medal qazanıb

Türkiyənin Edirnə şəhərində 8-ci uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan idmançısı Şamil Hacızadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

80 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz iki türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.

ƏvvəlkiTürkiyə Prezidenti dünya ictimaiyyətini Kipr həqiqətlərini qəbul etməyə çağırıb
NövbətiAzərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində qızıl və bürünc medal qazanıblar