Monteneqroda meşə yanğını başlayıb

Monteneqronun Herseq Novi şəhəri ətrafında meşə yanğını baş verib.

AZƏRTAC xəbər verir ki, Nyiviçe bölgəsində başlayan yanğın geniş əraziyə yayılıb. Əraziyə yanğınsöndürən briqadaları cəlb olunub. Yanğın əlçatmaz ərazidədir, güclü külək müdaxiləni daha da çətinləşdirir.

Alovun yaxınlıqdakı evlər üçün təhlükə yaratmadığı bildirilib.

ƏvvəlkiErmənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb
NövbətiAnar Ələkbərov Ağdamdakı Qiyaslı məscidindən paylaşım edib