Qərb Ukraynaya silah tədarükünü bərpa edib

Ukrayna Prezidenti Volodimir Zelenski xarici hərbi yardımın çatdırılmasının bərpa olunduğunu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında bildirib.

“Bütün məlumatlara görə, çatdırılmalar bərpa edilib”, – Zelenski yazıb.

Onun sözlərinə görə, gələn həftə Kiyev ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla işi davam etdirəcək.

ƏvvəlkiABŞ Senatının Komitəsi Kiyevə 500 milyon dollarlıq hərbi yardımı təsdiqləyib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib