Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

İyunun 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyəti, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

ƏvvəlkiRəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib
NövbətiAzərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunur