Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Almaniyanın Hamburq şəhərində mərkəzi dəmir yolu vağzalında naməlum şəxs bıçaqla insanlara hücum edib.

AZƏRTAC yerli saytlara istinadla xəbər verir ki, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən dərhal sonra polis vağzalda genişmiqyaslı əməliyyat aparıb. Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.

ƏvvəlkiTürk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib
NövbətiHaaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib