ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranla nüvə proqramı ilə bağlı danışıqlar düzgün istiqamətdə gedir.
“Report” xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O qeyd edib ki, Tramp bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb və onlar İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının öldürülməsini müzakirə ediblər.
“Liderlər düzgün istiqamətdə irəliləyən İranla potensial sövdələşmədən də danışıblar. İranla bu razılaşma iki yolla bitə bilər. Bu, çox müsbət diplomatik həllə başa çata bilər və ya İran üçün son dərəcə mənfi vəziyyətə gətirib çıxara bilər. Ona görə də bu danışıqlar bu həftənin sonunda baş tutacaq”.