Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonellə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Aİ rəsmisi “X”də paylaşım edib.

“Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”, – o bildirib.

ƏvvəlkiICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
NövbətiAğ Ev nüvə danışıqları ilə bağlı İrana xəbərdarlıq edib