Yasamal rayonunda marşrut avtobusunun şüşəsini sındıran şəxs saxlanılıb

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli AZƏRTAC-a bildirib ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

ƏvvəlkiBudapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
NövbətiAnkarada Ulu Öndər Heydər Əliyev haqqında kitab təqdim olunub