ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Qeyd olunub ki, o, mayın 14-16-da Antalyada təşkil olunacaq NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Məlumata görə, onun NATO ölkələrinin xarici işlər nazirləri ilə əsas müzakirə mövzularından biri Rusiya-Ukrayna müharibəsi olacaq.

ƏvvəlkiFövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
NövbətiZelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır