Putin Trampın xüsusi elçisi ilə görüş keçirib

Rusiya Prezidenti Vladimir Putin Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff ilə görüşünü başa çatdırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, görüş dörd saatdan çox davam edib.

Söhbət qapalı rejimdə keçirilib və Bakı vaxtı ilə təxminən saat 23:00-da başa çatıb, əsas mövzu Rusiya – Ukrayna müharibəsi olub.

Bu, Putin və Uitkoff arasında artıq üçüncü görüş idi. Əvvəlki dəfələr onlar Moskvada görüşüblər, bu gün isə görüş Sankt-Peterburqda keçirilib.

Əvvəlkiİstanbulda TDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qruplarının ilk toplantısı keçiriləcək
NövbətiAzərbaycanın birinci xanımı Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib