Gürcüstan prezidenti İlham Əliyevi təbrik edib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

-ın yerli bürosunun məlumatına görə, G. Marqvelaşvili təbrikində iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib: “Dostum İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək”.
G. Marqvelaşvili İlham Əliyevə Azərbaycan xalqının sülh və rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.