Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər

Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və Sənaye Palatasının İcraiyyə Komitəsinin 25-ci iclası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatı (Türk Şurası-TDƏŞ) ilə İƏT-in Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC Türk Şurasının katibliyinə istinadla xəbər verir ki, TDƏŞ-in baş katibi Bağdad Amreyev və İƏT-in Ticarət və Sənaye Palatasının sədri Azəraxş Xafizi tərəfindən imzalanan sənədin məqsədi iki təşkilat arasında əməkdaşlığı genişləndimək, qarşılıqlı maraq doğuran sahələri müəyyən etməkdir. Bundan başqa, sənəddə tərəflər arasında səmərəli, sistemli məsləhətləşmələrin, əlaqələndirmənin və faydalı məlumat mübadiləsinin yaradılması nəzərdə tutulur.

ƏvvəlkiBu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
NövbətiAvropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin kibertəhdidlərə qarşı dayanıqlılığını gücləndirmək niyyətindədir