Azərbaycanda “İlaxır çərşənbə” qeyd olunur

Bu gün Azərbaycanda Novruzun çərşənbələrindən sonuncusu – İlaxır çərşənbədir.

Turk.az-ın xəbərinə görə, bu çərşənbə xalq arasında İlaxır çərşənbə və ya Torpaq çərşənbəsi adlanır.

İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. İlaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur. Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən atlanmalıdır.

ƏvvəlkiPrezident İlham Əliyev Vladimir Putinə zəng edib
NövbətiAzərbaycan arxeologiyası uğurla inkişaf edir