Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ona görə də Novruz bayramı günlərində – 20-27 mart tarixlərində QSC-nin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib.

Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, hemofiliya, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhval-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.

Novruz şənliyinin təşkilində Referans Klinik Laboratoriya Mərkəzi və KFC restoranlar şəbəkəsinin kollektivləri yaxından iştirak ediblər. Şənliyin iştirakçıları sərnişinlərə və valideyn himayəsindən məhrum olan uşaqlara maraqlı səhnəciklər, musiqilər təqdim ediblər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Qeyd edək ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində xalqımızın bu əziz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında “Sülh mədəniyyəti” adlı 49-cu bəndə müvafiq olaraq “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz günü elan edib.

baki sernisin stansiyasinda novruz senliyi kecirilib

ƏvvəlkiAtəşkəs rejimi 102 dəfə pozulub
NövbətiPrezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib