Azərbaycan nümayəndə heyəti Vanı ziyarət edib

Azərbaycanın millət vəkilləri, incəsənət xadimləri, idmançılar və iş dünyasından olan on nəfərlik nümayəndə heyəti Türkiyənin Van vilayıtinə müxtəlif səfərlər edib.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti Türkiyənin Van vilayətində yerləşən Zevə qəbiristanlığına baş çəkiblər.

“Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri var. Ümummilli liderimiz mərhum Heydər Əliyevin hakimiyyəti ilə bizim əlaqələrimiz daha da artıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük vətən savaşında şərəflə qalib gəldi.” – deyə Millət vəkili Vüqar İskəndərov deyib.

Yeni Azərbaycan Partiyasının (YAP) deputatları Əziz Ələkbərov, Vüqar İskəndərov, “Qardaş Köməyi” Platformasının prezidenti, MÜSİAD-ın Azərbaycan prezidenti Rəşad Cabirli, AZTV-nin aparıcısı Tofiq Abbasov, Trend İnformasiya Agentliyinin baş direktor müavini Rufiz Hafizoğlu, idmançı və aktyor Zabit Səmədov və xalq artisti Tünzalə Ağayeva daxil olmaqla 10 nəfərlik nümayəndə heyəti AK Partiya İl Başçılığının təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Birinci Dünya Müharibəsi illərində erməni quldur dəstələri tərəfindən qətlə yetirilən 2 min 500 müsəlmanın xatirəsinə yaradılmış Zevə Şəhidliyi Abidəsini ziyarət edib.

Heyət abidə haqqında məlumat aldıqdan sonra Van qalasındakı tarixi Hüsrev Paşa məscidini, Döyüş Veteranları Dərnəyini və şəhər mərkəzindəki kiçik sahibkarlara baş çəkib. Kafedə əyləşən vətəndaşlarla çay içərkən söhbət edən nümayəndə heyəti mayın 14-də keçiriləcək ümumi prezident və deputat seçkiləri ilə bağlı fikirlərini öyrənib.

ƏvvəlkiPaytaxtda avtomobil yanıb
NövbətiLaçında insan sümükləri tapılıb