Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək

Novruz bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə 16/15 saylı Naxçıvan – Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. 
Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək
Qatar 18 mart 2018-ci ildən 1 apel 2018-ci ilədək həftədə iki dəfə – Naxçıvandan həftənin VII və IV günləri saat 11-40-da yola düşəcək, Məşhəd stansiyasına həftənin V və I günləri saat 19-25-də çatacaq. Qatar 17 mart 2018-ci ildən 3 apel 2018-ci ilədək Məşhəddən həftənin VI və II günləri saat 00-30-da yola düşəcək, həftənin VII və III günləri saat 08-45-də Naxçıvana çatacaq.
Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olur.

ƏvvəlkiTəranə Qumral barəsində cinayət işi qaldırılıb
NövbətiCavid Qurbanovdan sensasion açıqlamalar (VİDEO)