Türkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub

Türkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub.

Trend xəbər verir ki, bunu fevralın 15-də brifinq zamanı BMT baş katibinin nümayəndəsi Stefan Cüjarrik deyib.

“Hazırda zəlzələ zamanı ölən 3 əməkdaşdan xəbərimiz var. Onların hamısı Türkiyədə dünyasını dəyişib, bu ölkənin təmsilçiləri arasından olan işçilər olub”, – deyə S.Cüjarrik bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

ƏvvəlkiNATO ölkələri Ukrayna üçün bir neçə tank briqadası yaradacaqlarına ümid edir
NövbətiBöyük Dəbilqə: Orxan Səfərov gümüş medal qazanıb