Böyük Dəbilqə: Orxan Səfərov gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 66 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Vaja Margelaşvili ilə üz-üzə gəlib.

Rəqibinə 1:2 hesabı ilə uduzan Səfərov ikinci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan millisi yarışın ilk gününü bir medalla başa vurub.

ƏvvəlkiTürkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub
NövbətiTürkiyə Prezidenti Pakistanın Baş naziri ilə görüşüb