Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib

Şabranda baş verən yanğınla əlaqədar 1 nəfər məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, Şabran RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.

Belə ki, rayon sakini Elnur Nuriyev ona məxsus əkin sahəsindən keçən elektrik naqillərində və işıq dirəyində problem olmasına baxmayaraq heç bir tədbir görməyib, eləcə də aidiyyatı qurumları məlumatlandırmayıb.

Polis əməkdaşları tərəfindən E.Nuriyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib və araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərilib.

ƏvvəlkiSahibə Qafarova Birləşmiş Krallığa rəsmi səfəri çərçivəsində İcmalar Palatasının sədri ilə görüşüb
Növbətiİtaliyada son sutkada 143 min nəfərdə koronavirus aşkarlanıb