Polşa Seymi İsveç və Finlandiyanın NATO-ya daxil olmasını təsdiq etdi

Polşa Seymi (ölkə parlamentinin aşağı palatası) yekdilliklə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyinin nümayəndəsi Stanislav Jarın deyib.

“Yaxşı xəbər var! Seym – Polşa parlamentinin aşağı palatası İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sənədləri yekdilliklə təsdiq edib”, – deyə S.Jarın öz “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl Estoniya, İslandiya, Kanada Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları təsdiq ediblər.

ƏvvəlkiTürkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirib
NövbətiAvropa Komissiyası Ukraynanı gömrükdə vizasız rejimə dəvət edib