Göyçayda əməliyyat keçirilib: Vəzifəli şəxs saxlanılıb

Göyçay rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov saxlanılıb.

Trend-in məlumatına görə, o keçirilən əməliyyat zamanı saxlanılıb.

Rəşad Şükürovun rayon icra hakimiyyətində aparılan qanun pozuntularında təqsirli bilindiyi deyilir.

Baş Prokurorluğun mətuat xidmətindən faktı təsdiq ediblər.

ƏvvəlkiBeynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar İçərişəhərdə infotur təşkil edilib
NövbətiSabah Qırğız Respublikasının Prezidenti Azərbaycana səfərə gələcək