İtaliya kubokunun finalçıları məlum olub

İtaliya kubokunda ikinci finalçı bəlli olub.  Apasport.az saytının məlumatına görə, kubokun yarımfinal mərhələsinin digər cütlüyü münasibətlərinə aydınlıq gətirib.

Son finalçı “Latsio” “Milan”ı qəbul edib. Milanda olduğu kimi, Romadakı qarşılaşmada da qapılara qol vurulmayıb. Nəticədə penaltilər seriyasına ehtiyac duyulub. Son zərbələrdə daha dəqiq oynayan “Milan” finalda “Yuventus”a rəqib olub.

Həlledici görüş mayın 9-da Romadakı “Olimpiya” stadionunda keçiriləcək.

ƏvvəlkiBakıda keçmiş məhkumlardan tapança və avtomat götürülüb
NövbətiAğ Evin kommunikasiya üzrə direktoru istefaya gedir