Prezident İlham Əliyevlə Prezident Volodimir Zelenski arasında telefon danışığı olub

Fevralın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Prezident İ.Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib”, – deyə paylaşımda deyilir.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva: Əlibaba Məmmədovun vəfatı mədəniyyətimiz, bütün xalqımız üçün böyük və əvəzsiz itkidir
NövbətiAzərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatı