NATO Rumıniyada yeni döyüş qrupunu yerləşdirir

NATO-nun müdafiə nazirləri Rumıniyada alyansın yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, yeni variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, – o deyib.

Gələcək döyüş qruplarının konfiqurasiyası, ölçüsü və vaxtı ilə bağlı suala o, belə cavab verib: “Son qərar hələ verilməsə də, Rumıniya NATO-nun döyüş qrupunu qəbul etməyə hazır olduğunu elan edib, Fransa ona rəhbərlik etməyə hazır olduğunu bəyan edib. Biz bunu müsbət qarşıladıq və indi hərbi qərargahımızın tövsiyələrini gözləyəcəyik”.

Bundan əvvəl NATO mənbələri bildiriblər ki, NATO-nun Rumıniyadakı döyüş qrupunun konfiqurasiyası və ölçüsü təxminən Baltikyanı ölkələr və Polşada yerləşdirilən oxşar qruplara uyğun olacaq. Bunlar min nəfərə qədər çoxmillətli batalyon döyüş qruplarıdır və hər bir qrupa ən böyük kontingenti göndərən NATO ölkəsi rəhbərlik edir.

ƏvvəlkiDİN şirkət rəhbərinin evinə maskalıların girməsi iddiasına münasibət bildirib
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 52 min dozaya yaxın peyvənd vurulub