Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışı olub

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.

Turk.az-ın məlumatına görə, dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlət başçısına və xanımına ətraflı məlumat veriblər.

ƏvvəlkiCoğrafiya İnstitutu: Qışda Bakıya qar yağmaması iqlim dəyişmələri ilə bağlıdır, bundan sonra belə olacaq
NövbətiTərcümə Mərkəzi “Dünyanın hörümçək toru”nun onlayn versiyasını hazırlayıb