Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyi təsis edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini, həmçinin sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

ƏvvəlkiX sinfə qəbul noyabrın 30-da yekunlaşacaq
NövbətiAzərbaycan Ordusunun generalı vəfat edib