Ekvador həbsxanasında baş verən toqquşmada azı 52 nəfər ölüb

Ekvadorun qərbində yerləşən Quayakil şəhərindəki həbsxanada baş verən toqquşma nəticəsində azı 52 nəfər ölüb.

AZƏRTAC El Universo qəzetinə istinadla xəbər verir ki, həbsxanada iğtişaşlar cümə günü axşam saatlarında başlayıb. Polis hələlik penitensiar müəssisədə qayda yaradılmasına nail olduğu barədə məlumat verməyib. Sentyabrın 28-də yenə həmin həbsxanada müxtəlif cinayətkar dəstələrin nümayəndələri arasında toqquşma baş vermişdi. Rəsmi məlumata görə, o vaxt 119 məhbus həlak olmuşdu. Ekvador prezidenti Gilermo Lasso ölkənin penitensiar sistemində 60 gün müddətinə fövqəladə vəziyyət elan etmişdi.

ƏvvəlkiAzərbaycanda mülkiyyət cinayətlərinin sayı açıqlanıb
NövbətiBakıda çoxmərtəbəli binada yanğın olub, 10 nəfər təxliyə edilib