“Yay məktəbi” ilə əlaqədar şair və yazıçıların ev-muzeylərinə virtual ekskursiyalar təşkil edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin fəaliyyəti ilə əlaqədar Bakı şəhəri üzrə fəaliyyət göstərən şair və yazıçıların ev-muzeylərinə məktəblilər üçün virtual ekskursiyalar təşkil edib.

AZƏRTAC xəbər verir ki, “Yay məktəbi”nin əsas məqsədi mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarını möhkəmləndirmək, hərtərəfli dünyagörüşlərinin artırılmasını təmin etməklə uşaqlara mədəni xidmət göstərməkdir.

Budəfəki ekskursiyada məktəblilər Azərbaycanın xalq şairi Səməd Vurğunun və görkəmli yazıçı-dramaturq, publisist, naşir Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyləri ilə tanış olub.

“Zoom” platforması üzərindən reallaşan virtual ekskursiyaya Bakı şəhəri üzrə müxtəlif məktəblərin sinif şagirdləri qatılıb.

Görüş çərçivəsində məktəblilərə bələdçilər tərəfindən muzeylərdəki eksponatlar haqqında ətraflı məlumat verilib.

Virtual ekskursiyalar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

ƏvvəlkiAkrobatika gimnastikası üzrə dünya çempionatında çıxış edəcək Azərbaycan yığmasının tərkibi açıqlanıb
NövbətiOPEC+ görüşünün yaratdığı nikbinlik nefti bahalaşdırdı