“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Türk.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək.

“Borisov Arena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova) – “Valür” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

14 avqust

21:00. BATE (Belarus) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Andris Treymanis, Haralds Qudermanis, Alekseys Spasyonņikovs, Aleksandrs Qolubevs (hamısı Latviya)

Hakim-inspektor: Françesko Byanki (İsveçrə)
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr)
Borisov. “Borisov Arena”

ƏvvəlkiAzərbaycan bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə dəstəyini davam etdirəcək
NövbətiQida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib