Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı fevralın 9-na olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, proqramda avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi, videoçəkiliş üzrə operator, ana dilində ünsiyyət, peşə etikası, bitkiçilik mütəxəssisi və dərzi ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

ƏvvəlkiMilli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
NövbətiPrezident İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edib