Özbəkistan Prezidenti Qarabağda hərbi əməliyyatların dayandırılmasına münasibət bildirib

Noyabrın 10-da Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən iclasda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın işğal olunmuş ərazilərində hərbi əməliyyatların dayandırılmasına münasibət bildirib.

Şavkat Mirziyoyev deyib: “Biz Rusiya Federasiyasının fəal iştirakı ilə Dağlıq Qarabağda və digər münaqişə zonasında tam atəşkəs və hərbi əməliyyatların dayandırılması barədə razılaşmanı dəstəkləyirik”.

O, ümid etdiyini bildirib ki, tezliklə bu regionda dinc həyat və sabitlik bərpa olunacaq.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına daha 1346 yoluxma faktı qeydə alınıb, 598 nəfər sağalıb
NövbətiPrezident İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib