Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

18 oktyabr – humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün rəsmi Tvitter hesabında yazıb:

“5 bölgəyə 229 mərmi atılıb: Tərtərə 160, Ağdama 63, Goranboya 6;

– 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;

– 1 dron hücumu”.

ƏvvəlkiAzərbaycan Prezidenti: “Cəbrayılın 13 kəndi azad edilib”
NövbətiNiaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb