Müslüm Maqomayevin xatirəsi Rusiyada anıldı

Moskva şəhərində görkəmli müğənni, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, ənənəyə uyğun olaraq böyük ifaçının pərəstişkarları, yaxınları, dostları, habelə həyat yoldaşı Tamara Sinyavskaya, Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun təsisçisi Araz Ağalarov görkəmli musiqi xadiminin vaxtilə yaşadığı ünvanda toplaşıblar.

Xatırladaq ki, 1942-ci il avqustun 17-də anadan olan dünya şöhrətli sənətkarımız Müslüm Maqomayevin repertuarında 600-dən artıq musiqi əsəri olub.

ƏvvəlkiMəktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
NövbətiHikmət Hacıyev: Ermənistan XİN-in Şərqi Aralıq dənizi ilə bağlı açıqlaması riyakarlığın son həddidir