Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən, keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Göyçay Telekommunikasiya Qovşağının müdiri İslam Əliyev və baş mühasibi Soltanəli Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Türk.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs barəsində şərti cəza seçilib.

İttihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək, tikinti materiallarının ayrılması üçün nazirliyə ayrılmış 3 milyon 245 min 598 manat məbləğində vəsaiti mənimsəyərək, öz ehtiyaclarını ödəmək üçün xərcləyiblər.

Onların işi Vidadi Zeynalov və “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədovun cinayət işindən ayrılıb. İittihamda göstərilən məbləğ onlar tərəfindən ödənildiyindən, hazırkı təqsirləndirilən şəxslərə qarşı yalnız 97 min manat məbləğində mülki iddia qaldırılıb.

Onların barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

ƏvvəlkiNikol Bakının qara siyahısındakı şəxsə vətəndaşlıq verdi
NövbətiAvropa Komissiyasının Horizon 2020 proqramı çərçivəsində bolqarıstanlı alimlərlə birgə elmi seminar keçirildi