Gəncə hadisələrinə görə saxlanılanların müdafiəsinə ətraf rayonlardan vəkillər cəlb olunub

Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslərin müdafiəsi üçün ətraf rayonlardan vəkillər cəlb olunub.

APA-nın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniş tərkibli iclasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A. Bağırov bildirib ki, Gəncə hadisələri zamanı vəkillər dövlətçilik mövqeyindən çıxış edib, bu hadisələri pisləyiblər: “Ancaq istənilən şəxs hüquqi müdafiə ilə təmin olunmalıdır. Gəncə hadisələri ilə bağlı saxlanılanların sayı o şəhərdəki vəkillərin sayından çoxdur. Ona görə də, həmin şəxslərin müdafiəsinə ətraf rayonlardan da vəkillər cəlb olunub”.

ƏvvəlkiBakı-Qazax magistralında piyadanı avtomobil vurub
NövbətiPrezidentlər biznes forumda