Britaniyalı rəssam Edvard Tvoixin “İçərişəhərə qapı” sərgisi keçirildi

İyulun 6-da İçərişəhəridəki “Zəncirli bina”da Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərə qapı” adlı sərgisi açıldı.

Milletcilik.az verir ki, fırça ustasının 40-dan çox rəsm əsəri “Ev- zəncirlərlə imarət” qalereyasında nümayiş olunub. Sərgidə İçərişəhər tarix Muzeyi Fonduna rəssam tərəfindən hədiyyə edilmiş 15 ədəd əsər təqdim olunub.

Xatırladaq ki, ötən il rəssamın “İçərişəhərin 100 növü” adlı əsərləri ofort – qrafika versiyalarının birində yaradılıb və ilk dəfə Azərbaycan Dövlət İncəsənət Muzeyində fərdi sərgidə təqdim olunub.

Sərgi iyulun 20-dək davam edəcək.

Qeyd edək ki, Edvard Tvoxiq rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, Banksayd Qalereyasının hamisidir. Onun “Yer üzü və xətt” (Berstou qalereyası, Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.

Onu da xatırladaq ki, rəssamın bildirdiyinə görə, London Kral Muzeyindən  rəssamın İçərişəhər haqqında çəkdiyi rəsm qravüralarından 12 –sini alıblar.

Tədbir bir-birindən gözəl klassik musiqilərlə və canlı ifalarla müşayiət olundu.

Sevda Elay Əsgərova

     

ƏvvəlkiNaxçıvan ərazisindəki unikal abidələrdə aparılan tədqiqatlar
NövbətiTürkiyədə baş verən qatar qəzasının səbəbi açıqlanıb