Gəncədəki terrora görə 3 nəfər həbs olundu, 2 baş redaktor barədə cinayət işi başladı

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən 1966-cı il təvəllüdlü Əliyev Akif İsmayıl oğlu həbs edilib.

APA-nın məlumatına görə, bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları – 1993-cü il təvəllüdlü Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcək.

ƏvvəlkiAzərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP)Gəncə şəhərində baş vermiş sui-qəsd və terror hadisələri barədə BƏYANATI
NövbətiErmənilər atəşkəsi 96 dəfə pozub