“Hasilat Sənayesində Şəfafflıq nədir?” – Təşəbbüs Siyəzəndə təbliğ olunur

Siyəzən rayonunda “İctimai İştirakçılığın Dəstəklənməsi”  İctimai Birliyinin təşəbbüsü ilə “ Hasilat Sənayesində Şəfafflıq  nədir ? -Təşəbbüsün bölgələrdə təbliği” mövzusunda Dəyirmi Masa keçirilib. Qeyd edək ki,  Azərbaycan Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət Dəstəyi  Şurasının maliyyə  dəstəyi  ilə eyniadlı layihə çərçivəsində keçirilir.

Birliyin rəhbəri Şaban Nəsirovun verdiyi məlumata görə, bu layihə çərçivəsində Siyəzən rayonunda keçirilən üçüncü tədbirdir. Bundan sonra Şabran rayonunda da tədbirlər davam etdiriləcək.

Birlik sədrinin sözlərinə görə, Dəyirmi Masada  Hasilat Sənayesində Şəffaflıq təşəbbüsünün vacibliyindən söhbət açılıb: “Bildirdik ki, təbii ehtiyatlar xalqa məxsus olduğu üçün, onlardan əldə olunan gəlirlər barədə məlumat almaq da hər kəsin haqqıdır. Azərbaycan Konstitutsiyasının 14-cü Maddəsində də bildirilir ki, təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. Yəni təbii ehtiyatlar Azərbaycan xalqının müştərək sərvətidir. Bu barədə məlumatların açıq olması istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən təmin olunmalıdır”.

Şaban Nəsirov hesab edir ki, təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına  gətirib çıxara bilər.

O, Siyəzən Rayon İcra Hakimyyətinin əməkdaşlarının tədbirin təşkil olunmasında böyük rol daşıdığını bildirdi və  icra başçısı Asif Hüseynova, eləcə də  Dəyirmi Masanın təşkilində əməyi keçən Təhminə xanıma və Aqil müəllimə dərin təşəkkürünü bildirib.

ƏvvəlkiTanınmış aparıcıya görə onlar saçını qırxdırdı – Video
NövbətiAzərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının (AzMDEP)Gəncə şəhərində baş vermiş sui-qəsd və terror hadisələri barədə BƏYANATI