Tramp sovet casusudur? – Şok iddia

ABŞ Prezidenti Donald Tramp 1987-ci ildə Moskva səfəri zamanı sovet xüsusi xidmət orqanlarının tərəfinə keçib.

Türk.az xəbər verir ki, bu barədə “Nyu York Maqazin” yazıb.

Məqalənin müəllifi bu fərziyyənin “möhtəşəm sazişin məqbul nəzəriyyəsi” olduğunu qeyd edib. Onun sözlərinə görə, Trampın siyasi kariyerası məhz Moskvaya səfər etdiyi 1987-ci ildən başlayıb. Səfər zamanı o, burada otel tikmək üçün görüşlər keçirib. Bundan bir il öncə isə Tramp Nyu Yorkda sovet səfiri Yuri Dubininlə görüşüb. Trampın sözügedən oteli hələ də tikilməsə də, Ağ Evin rəhbəri SSRİ-dən siyasi ambisiyalarla qayıdıb.

Müəllifin sözlərinə görə, Trampın 1987 və 2013-cü il səfərləri ilə bağlı Moskvanın əlində kompromatlar ola bilər. Buna görə də orada Rusiyadan gələn pullar barədə məlumatların əks olunacağından qorxan Tramp vergi bəyannaməsini açıqlamır.

ƏvvəlkiFETÖ-çu azadlığa buraxıldı
NövbətiRəşid Mahmudov əməliyyat olundu – Foto