Gəncədə polis koronavirusdan ölən şəxsi dəfn etdi

İyunun 14-də Gəncə şəhər sakini Aqil Əfəndiyev DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək bacısının koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı çarəsiz olduğunun bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb Mərkəzinə verilən məlumata görə, müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə qəbirstanlığa aparıb.

Karantin rejiminin qaydaları gözlənilməklə qadın İslami qaydalarına uyğun dəfn edilib.

ƏvvəlkiƏtraf rayonların polis əməkdaşları Kürdəmirə ezam olunub
NövbətiAzərbaycanlı icmanın rəhbəri Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət edib