Türkiyə ordusu ən güclülər arasındadır – İlham Əliyev

Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə ordusu ən güclülər sırasındadır.

Türk.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən birgə mətbuat konfrasında deyib.

Dövlət başçısı bildirib ki, hərbi sahədə əməkdaşlığımız uğurla davam edir:

“Bu il hərbçilərimiz arasında 7 hərbi təlim keçirilməsi nəzərdə tutulub ki, onlardan 3-ü artıq keçirilib. Azərbaycan Türkiyədən çox sayda hərbi texnika alır və keçən ay keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi nümayiş etdirilmişdir. Bizim əlaqələrimiz çoxşaxəlidir və əlaqələrimizin təməlində xalqlarımızın birliyi, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə prezidentinin seçildikdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir. Əziz qardaşım sizi bir daha salamlayıram və sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

ƏvvəlkiƏrdoğanın Azərbaycana səfəri başa çatıb
NövbətiADİ CİNAYƏT, YOXSA TERROR?