“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti:Sərnişinlərə bilet satışında yeni standart tətbiq edir

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə,sərnişinlər beynəlxalq istqamətlərə biletləri 90 gün öncədən əldə etmək imanları var.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  Sərnişin daşımaları Departamenti sərnişin qatarlarına bilet satışı xidmətinin daha da yaxşılaşdırılması istiqamətində  işləri davam etdirir.

Vətəndaşların bir daha nəzərinə çatdırırıq ki, Bakı dəmir yolu vağzalında yerləşən tranzit dəmir yolu kassasında Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və eyni zamanda Tbilisidən, Moskvadan, Rostovdan və Kiyevdən     Azərbaycana gələn  sərnişin qatarlarına bilet satışı həyata keçirilir.

Bilet satışı Bakıdan beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına qatarın yola düşməsinə 10 gün, Tbilisidən Bakıya 40 gün, Moskvadan və Rostovdan Bakıya 45  gün,Kiyevdən Bakıya 30 gün,  Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan və digər MDB dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına 90 gün qalmış  başlayır.

ƏvvəlkiHəcc ziyarətinin tarixi və qrafiki dəyişdirildi – Zəvvarların nəzərinə!
NövbətiTovuz bölgəsinin neolit dövrü abidələrində kompleks arxeoloji tədqiqatlar davam edir