Türkiyədə baş verən qatar qəzasının səbəbi açıqlanıb

Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarının qəzaya uğramasının səbəbi rəsmən açıqlanıb.

Türk.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.

ƏvvəlkiBritaniyalı rəssam Edvard Tvoixin “İçərişəhərə qapı” sərgisi keçirildi
NövbətiErmənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 96 dəfə pozub