Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının İnformasiya Bölümünün İcmalı

İyulun 5-də Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası (AzMDEP) Siyasi Şurasının növbəti iclası keçirilmişdir.

                İclasda regionda və dünyada cərəyan edən proseslər müzakirə edildi. AzMDEP, iyulun 4-də ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Dövlətinin və Millətimizin milli maraqlarına uyğun olaraq sərgilədiyi mövqeni təqdir etdiyini bildirir. AzMDEP vurğulayır ki, səbəblərindən asılı olmayaraq, baş vermiş qəza, regional və lokal miqyasda modul stansiyalar, güclü sənaye generatorlarından, günəş, külək elektrostansiyaları və d. cərəyan mənbələri və saxlanğıclarından ibarət geniş şəbəkənin yaradılmasına, enerji təminatının diversifikasiyasına böyük ehtiyacın olmasını göstərməkdədir.

05 iyul 2018-ci il                     mdp_inform@yahoo.com.tr

ƏvvəlkiHəsən Həsənovun “Birinci respublikaya aparan yolda” adlı Azərbaycan tarixi oçerkləri kitabı çapdan çıxıb
Növbətiİnqilabi qərar: Xərçəngin müalicəsi artıq pulsuzdur – Video