Azərbaycanla Pakistan arasında birbaşa aviarreys açılacaq

Çalışmalıyıq ki, Azərbaycanla Pakistan arasında iqtisadi əlaqələr siyasi əlaqələr kimi möhkəm olsun”.

Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumu iki ölkənin iş adamları arasında əlaqələrin qurulması ilə yanaşı, ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətlidir: “İki ölkə arasında ticarət dövriyyəsi yüksək templə artır. Çalışacağıq ki, bu tempi qoruyaq”.

Ötən il Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 6 dəfə artdığını deyən səfir iki ölkə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətini vurğulayıb: “İnanırıq ki, yaxın aylarda və yaxud gələn il Azərbaycanla Pakistan arasında birbaşa aviarreys açılacaq. Bu istiqamətdə işlər görülür. Bir neçə Pakistan şirkəti bunda maraqlıdır”.

Səfir Azərbaycanın Pakistanda həyata keçirdiyi xeyriyyə layihələrindən də danışıb və bildirib ki, bu tədbirlər davam etdiriləcək.

Sevda Elay Əsgərova

ƏvvəlkiAzərbaycan – Pakistan biznes konfransı keçirilib
NövbətiPrezidentdən metro ilə bağlı təklif: Acınacaqlı faktdır