Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 10-u saat 00:00-dan aprelin 11-i saat 00:00-dək olan müddət ərzində yol polisi əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumatı açıqlayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 min 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.