Yol polisinin cərimə meydançasında yanğın olub, 50-dən çox avtomobil yanıb – YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb.

Yanğın nəticəsində cərimə meydançasında saxlanılan 50-dən çox avtomobil yanıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, yanan avtomobillər qəzaya uğramış və istismara yararsız maşınlardır.

Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

 

Əvvəlki“ QAFQAZ EVİ” MƏSƏLƏSİ
NövbətiErmənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 86 dəfə pozub