ABŞ təlimi dayandırdı, ordunu isə geri çəkmir

ABŞ Cənubi Koreyadakı hərbi kontingentinin sayını azaltmayacaq.

Türk.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis deyib. Onun sözlərinə görə, ABŞ-ın bir müddət öncə Cənubi Koreya ilə hərbi manevrləri dayandırması Koreya yarımadası probleminin həllinə yardımına edəcək.

Qeyd edək ki, ABŞ Şimali Koreya böhranının həlli üçün Cənubi Koreya ilə keçiriləcək hərbi təlimin dayandırılması haqqında qərar verib. Rəsmi Vaşinqton bu qərarı ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin görüşündən sonra qəbul edib.

ƏvvəlkiBakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşulub
NövbətiAAYDA dəhşətli tıxac yaradan təmiri canlı yayımladı