Milli Məclisin deputatları Türkiyədə keçiriləcək prezident seçkilərini izləyəcəklər

İyunun 24-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin (MM) bir qrup deputatı bu ölkəyə səfər edəcək.

MM-dən “Report”a verilən məlumata görə, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlar Səttar Möhbalıyev və Şəmsəddin Hacıyev Milli Məclisin xətti ilə, millət vəkilləri İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyası, Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası missiyalarının tərkibində seçkilərə qatılacaqlar.

Deputatlar Ankaranın seçki məntəqələrində aparılan hazırlıq işləri ilə tanış olacaq, prosesin gedişatını, vətəndaşların fəallığını yaxından izləyəcəklər.

Səfər iyunun 25-də başa satacaq.

ƏvvəlkiÜmumtəhsil müəssisələrində sertifikasiya mexanizmi tətbiq ediləcək
NövbətiDövlət büdcəsindən pensiya və müavinətlər üçün ayrılan məbləğ açıqlanıb